İran vitse-prezidenti beynəlxalq turizm kanalının təsisini alqışlayıb
İran vitse-prezidenti Səhər telekanalının beynəlxalq turizm kanalının təsisi barədəki təklifini alqışlayaraq, deyib: Səhər telekanalı ilə həmkarlıq ölkənin turizm məcmuəsi üçün münasib bir fürsətdir.
Bu sözlər İranın vitse-prezidenti və Mədəni İrslər, Turizm və Əl İşləri Sənayesi Təşkilatının sədri Zəhra Əhmədipurun ilk mətbuat müsahibəsində söylənib.
Sual: Beynəlxalq Səhər telekanalı daim Asiya, Avropa və Amerikada İranın tanıtdırılması və ölkənin turizm bazarının inkişaf etdirilməsi üzrə xüsusi fəaliyyətlər göstərib. Bu barədə fikriniz nədir?
Cavab: Siz dəqiqən turizm sənayesinin əsas qolu ola biləcək mühüm bir mövzuya toxundunuz. Bu, sizin tərəfdən İran turizminin ixtiyarına qoyulan bir fürsətdir.
Əgər biz İranın imkanları və turizm cazibədarlığını təqdim edə bilməsək, İranda turistlərin sayının artmasını gözləyə bilmərik. Turizm Təşkilatı bu hazırlığa malikdir və TeleRadio Təşkilatının sədrilə görüşlər mənim ölkə rəsmilərilə ilk görüşlərimdən olubdur ki, mövcud media imkanlarından turizmin inkişafı üçün istifadə edə bilək.
Zəhra Əhmədipur iki ay yarım bundan öncə Məsud Soltanifərin idman və gənclər naziri təyin olunmasından sonra onun canişini vitse-prezident və Mədəni İrslər, Turizm və Əl İşləri Sənayesi Təşkilatının sədri oldu.
Ümumdünya Turizm Təşkilatı İranı dünyanın turizm cazibədarlığına malik olan on ölkə sırasında təqdim edibdir.