Bu gün 7 yanğınsöndürən şəhid uçqunlar altından çıxarılıb
Tehrandakı Plasko binasında yanğından və çökmədən, eləcə də bir qrup yanğınsöndürənin dəfnindən yeddi gün keçir. Hadisədə itkin düşənlərin aşkarlanması üzrə Plasko hadisəsi məkanından uçqunların götürülməsi əməliyyatı davam etməkdədir.
Az öncə doqquzuncu şəhid yanğınsöndürənin cənazəsi uçqunlar altından çıxarılıb. İndiyədək on yanğınsöndürən şəhid olub və altı nəfər də uçqunlar altındadır.
Yanğınsöndürənlər qəhər və sükutla öz həmkarlarından bir nişanə ardıncadırlar. Yanğınsöndürənlər tapılmış cəsədləri təcili yardım maşınına köçürmək üçün xas bir hörmətlə müşayiət edirlər.
Məlumatlara əsasən, çökmüş Plasko binasının qalıqlarında alov və istiliyin miqdarı təsəvvürdən uzaqdır. Belə ki, hətta dəmirlər belə əriyiblər.
İndiyədək 1200 yük maşını 16 min ton uçqunu Plasko məkanından çıxarıbdır.
Cinayət məhkəməsinin başçısı deyib ki, bəzi cənazələrin kimliyi tanınmır və DNA nümunəsinin götürülməsi üçün tibbi ekspertiza idarəsinə köçürülübdür.
Bütün yanğınsöndürən şəhidlərin ailələri bütün şəhidlərin dəfn mərasiminin kollektiv şəkildə və konkret bir zamanda keçirilməsini istəyiblər.