İran prezidenti İmam Xomeyni(r.ə)-in amalları ilə beyətini təzələyib
İranın prezidenti Həsən Ruhani və nazirlər kabinetinin üzvləri İslam İnqilabı qələbəsinin 38-ci ildönümünün gəlib çatması münasibətilə İmam Xomeyni(r.ə)-in pak hərəmində olaraq, İran İslam Respublikası banisinin amalları ilə öz əhd-peymanlarını təzələyiblər.
İranın prezidenti və onu müşayiət edən heyət həmçinin İslam İnqilabı və səkkiz il Müqəddəs Müdafiə şəhidlərinin məzarları üstünə gediblər.
Sabah, bəhmənin 12-si və yanvarın 31-i, İmam Xomeyni(r.ə)-in İrana qayıtmasının ildönümü günü və mübarək İslam İnqilabının fəcri ongünlüyünün başlanmasıdır.
Bəhmənin 12-dən, yəni İmam Xomeyni(r.ə)-in İrana daxil olduğu gündən İslam İnqilabının qələbəsi günü olan bəhmənin 22-dək olan müddət fəcr ongünlüyü adlandırılıb və hər il bu günlərdə xüsusi şənlik və mərasimlər keçirilir.