Orta şərqin ən iri taxıl təmizləmə zavodu istifadəyə verilib
-
Orta şərqin ən iri taxıl təmizləmə zavodu istifadəyə verilib
Orta şərqin ən iri və İranın birinci taxıl təmizləmə zavodu, bu zavod kompleksinin taxıl anbarları, təmizləmə təsisatları və dəmiryolu stansiyası bu gün səhər İran İslam Respublikasının prezidentinin iştirakı ilə Tehranın qərbində yerləşən Əlborz ostanında istifadəyə verilib.
Bu gün islam inqilabının qələbəsinin ildönümü on günlüyünün ilk günündə İran prezidenti Həsən Ruhaninin iştirakı ilə orta şərqin ən iri taxıl təmizləmə zavodu istifadəyə verilib. İran prezidenti bu kompleksin müxtəlif bölmələrinə baxış keçirərkən zavodun fəaliyyət prossesi ilə yaxından tanış olub.
Prezident Ruhaninin zavoda baxışı zamanı kompleksdə biskvit, külçə, undan hazırlanmayan şiriniyyat və şokolad istehsalı layihəsinin icra əməliyyatına start verib.
Bu nəhəng layihə müxtəlif taxıl növlərinin emalı əməliyyatını həyata keçirməklə bir çox qida məhsulları sənayesinin ehtiyaclarını təmin edəcək və məhsulun dəyərinin artırılmasında böyük rol oynayacaq.