Yan 31, 2017 19:05 Asia/Baku
  • Ruhani: 12 bəhmən İran tarixində əbədi gündür
    Ruhani: 12 bəhmən İran tarixində əbədi gündür

İran İslam Respublikası prezidenti deyib: 12 bəhmən İmam Xomeyninin(r.ə) ölkəyə qayıdışı, İran tarixində böyük və unudulmaz gündür.

İran prezidenti Həsən Ruhani bu gün Əlborz ostanında mədəniyyət xadimləri və ictimayiyyət nümayəndələri ilə görüşündə Fəcr dekadası ilahi günlərin gəlib çatması münasibəti ilə iştirakçıları təbrik edərək deyib: 12 bəhmən bütün iranlıların azadlığı və ümidi, zülm və istibdadın sonu günüdür və bunu İmam Xomeyni(r.ə) İran xalqına hədiyyə etmişdir. 

Ruhani nüvə sazişinin İran xalqının müqaviməti və islam inqilabının böyük rəhbərinin hidayətlərinin nəticəsi olduğunu bildirərək deyib: ABŞ prezidentinin nüvə sazişindən əsəbiliyinin əsas səbəbi bu sazişdə İranın uranın zənginləşdirilməsi hüququnun rəsmən tanınması olmuşdur. 

Ruhani İranın Əhatəli Müştərək Təşəbbüs Proqramının imzalanmasından bir il sonra gözə çarpacaq uğurlar əldə etdiyini buldirərək deyib: Bu gün İranda zənginləşdirmə əməliyyatı İR8 santrifuqalar vasitəsi ilə və keçmişdəkindən 20 qat əlavə sürətlə mümkün olmuşdur. 

İran prezidenti Plasko binası hadisəsində yanğınsöndürənlərin xalqın canını xilas edərkən özlərindən göstərdikləri canfəşanlıq və fədakarlığı yüksək qiymətləndirərək deyib: Bu il Fəcr dekadası yanğınsöndürənlərin canfəşanlığı və xalqın qədrşünaslığı ilə daha da təravətlənib. 

Teqlər