Yan 31, 2017 20:15 Asia/Baku
  • Şəmxani münafiqlərin Fransada sərbəst dolaşmalarını tənqid edib
    Şəmxani münafiqlərin Fransada sərbəst dolaşmalarını tənqid edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi terrorçu münafiqlər qruplaşmasının üzvlərinin Fransada sərbəst dolaşmalarını tənqid edərək deyib: Münafiqlərə hər hansı dəstək İrana qarşı dostcasına olmayan mesaj anlamına gələcək.

Əli Şəmxani bu gün Tehranda Fransanın xarici işlər naziri Jan Mark Aero ilə görüşündə münafiqlərin İranda yüksək səviyyəli rəsmilər və adi insanları terror etməkdəki cinayətlərinə toxunaraq deyib: Münafiqlərin cinayətkar rəftarları, onların İrana qarşı elan olunmamış müharibə dövründə İraqın öldürülmüş diktatoru Sədam ilə bir başa əməkdaşlıqları heç vaxt İran xalqının yaddaşından silinməyəcək. 

Fransanın xarici işlər naziri Jan Mark Aero da bu görüşdə deyib: Nüvə sazişiindən sonrakı dövrdə İran və Fransa araında siyasi və iqtisadi əlaqələrin perspektivi aydındır. 

Teqlər