Fev 01, 2017 12:09 Asia/Baku
  • İranın üç kosmik nailiyyətinin təqdimatı olub
    İranın üç kosmik nailiyyətinin təqdimatı olub

İran İslam Respublikası prezidenti milli kosmik texnologiya günü mərasimində "Nahid-1", "Əmir Kəbir Müraciəti" və "Saman-1" orbital transfer sistemini təqdim edib.

"Nahid-1" süni peyki İranın Kosmik Tədqiqat İnstitutunun Süni Peyk Sistemləri Mərkəzində konstruksiya edilərək, düzəldilmiş İranın ilk rabitə peykidir.

Tehrandakı Əmir Kəbir adına Sənaye Universitetində konstruksiya edilərək, düzəldilmiş və yerli raket daşıyıcısı ilə kosmosa göndəriləcək "Əmir Kəbir Müraciəti" adlı süni peyk də 40 metrdən yuxarı diqqətlə təsvir çəkmək, eləcə də kosmik şüalanmanın ölçülməsi və istifadəçilərin mesajlarının saxlanılması və göndərilməsi tapşırığına malikdir.

İranın Kosmik Tədqiqat İnstitutunun Kosmik Nəqliyyat Sistemləri Mərkəzində konstruksiya edilərək, düzəldilmiş "Saman-1" orbital transfer sistemi də süni peyklərin yerin aşağı orbitlərindən daha yuxarı orbitlərinə ötürülməsi üçün istifadə edilir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün 9-cu milli kosmik texnologiya günü mərasimində həmçinin İranın Kosmik Tədqiqat İnstitutunun nailiyyətləri sərgisindən baxış keçirib.

14 bəhmən, İran İslam Respublikası təqvimində milli kosmik texnologiya günü adlandırılıb və hər il mərasimin keçirilməsilə ölkənin mühüm kosmik nailiyyətləri təqdim olunur.

Milli kosmik texnologiya günü İranın süni peyk buraxmaq qüdrətinə malik ölkələr sırasında qərar tapmasına səbəb olmuş 2008-ci ildə "Ümid" adlı süni peykin uğurla kosmosa göndərilməsi gününün ildönümüdür.

Teqlər