İŞİD Mosulda iraqlı uşaqlara qarşı cinayət törədir
İŞİD terror qruplaşması göstərişlərindən boyun qaçırdığına görə iki uşağın əllərini ailələrinin gözü qarşısında kəsib.
İRNA-nın məlumatına görə, Neynəva vilayətində yerli bir rəsmi bildirib: Faciəvi şəkildə əlləri kəsilən uşaqların 10-12 yaşları vardır.
Bu arada İŞİD terror qruplaşması Mosulun qərb hissəsində Nablos məhəlləsində İraq hərbi qüvvələrinin irəliləməsinə qarşı bir qrup uşağa təlim keçib və Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatı zamanı onlardan istifadə olunacağı gözlənilir.
İŞİD terror qruplaşması həmçinin Bağdad və İraqın digər şəhərlərində öz terror aktlarında uşaqlardan istifadə edib.
İŞİD qruplaşması 2014-cü ildən İraq qüvvələri ilə savaşdan əlavə, bu ölkə vətəndaşlarına qarşı çoxlu cinayətlər törətmişdir.
Səudiyyə Ərəbistanı, ABŞ və İsrail rejimi İŞİD terror qruplaşmasının hamilərindəndir.