Dünya Güləş Federasiyası: İranın qərarına hörmət edirik
Dünya Güləş Federasiyasının sədri dünən bir bəyanatda İranın amerikalı güləşçilərin İrana daxil olmaları ilə müxalifət üzrə hərəkətinə reaksiyada bildirib ki, bu qərara hörmət edir.
IRNA-nın məlumatına görə, Nenad Laloviç deyib: Dünya Güləş Federasiyası İran Xarici İşlər Nazirliyinin digər bir qərar çıxarcağına ümid edirdi. O, əlavə edib: Bu federasiya hər fəsildə çoxlu yarışlar keçirir və ümid edir ki, bir daha iranlı və amerikalı güləşçilərin birgə mübarizələrini görəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dünən bildirdi: Amerika dövləti tərəfindən yeridilən siyasətlərə əsasən, İran Xarici İşlər Nazirliyi qaçılmaz bir şəraitdə qərar taparaq, Amerika güləş komandasının İran səfərilə müxalifət edir.
ABŞ prezidenti Donald Tramp ötən həftə İran daxil olmaqla yeddi islami ölkənin vətəndaşlarının Amerika ərazisinə daxil olmalarını üç ay müddətinə qadağan etdi.
Trampın bu hərəkəti beynəlxalq etiraz və reaksiyalara səbəb oldu və bir çox dünya ölkəsi Amerikanın yeni prezidentinin qərarını beynəlxalq qanunlara zidd və ayrı-seçkilik mahiyyətli adlandırdı.
Sərbəst güləş üzrə dünya çempionatı fevralın 16-sı və 17-də İranın qərbində yerləşən Kermanşah vilayətində keçirilməlidir.
İran Güləş Federasiyası Dünya Güləş Federasiyasına bir məktub göndərərək, İranın Kermanşah vilayətində keçiriləcək sərbəst güləş üzrə dünya çempionatında səkkinci komandanın elan olunması və Amerika komandasının başqa komanda ilə əvəz edilməsini istəyibdir.