Vaizi: İranda elektron seçkilər üçün infrastruktur yaradılıb
https://azeri.sahartv.ir/news/İran-i259083-vaizi_İranda_elektron_seçkilər_üçün_infrastruktur_yaradılıb
İranın rabitə və informasiya texnoligiyaları naziri deyib: İranda 12-ci prezident və 5-ci şəhər və kənd şuraları seçkiləri üçün elektron və rabitə infrastrukturları artıq yaradılmışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2017 08:13 Asia/Baku
  • Vaizi: İranda elektron seçkilər üçün infrastruktur yaradılıb
    Vaizi: İranda elektron seçkilər üçün infrastruktur yaradılıb

İranın rabitə və informasiya texnoligiyaları naziri deyib: İranda 12-ci prezident və 5-ci şəhər və kənd şuraları seçkiləri üçün elektron və rabitə infrastrukturları artıq yaradılmışdır.

Mahmud Vaizi dünən İRNA-ya verdiyi müsahibədə İranda çoxlu sayda kəndin internetə qovuşduğunu bildirərək deyib: Elektron seçkilərin keçirilməsi üçün Daxili İşlər Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında yaxın koordinasiya mövcuddur. 

Son vaxtlar İranın seçki qərargahının informasiya texnologiyaları komitəsinin sədri Əmir Şücaan İslami şuralar üzrə seçkilərin tamamiylə elektron formada keçiriləcəyinin qətiləşdiyini bildirərək deyib: Konstitusiyaya Nəzarət Şurası ilə prezident seçkilərinin də elektron formada keçirilməsi barədə danışıqlar davam edir. 

12-ci prezident və 5-ci şəhər və kəndlərin islami şuraları seçkiləri eləcə də İslami Şura Məclisinin onuncu dövrü üçün boş yerlərə seçkilər 2017-ci il may ayının 19-da keçiriləcək.