Ruhani: İran terrorizmlə mübarizə carçısıdır
-
Ruhani: İran terrorizmlə mübarizə carçısıdır
İran prezidenti deyib ki, İran regionda və dünyada terrorizmlə mübarizə carçısıdır.
IRIB-nin məlumatına görə, Həsən Ruhani bu gün İslam İnqilabı qələbəsinin 38-ci ildönümü münasibətilə Tehranda xarici səfirlər və nümayəndələrin iştirakı ilə keçirilən mərasimdə vurğulayıb: İran ilk ölkə olaraq bütün region ölkələrinə xəbərdarlıq etdi ki, İraqın devrilmiş və məhv edilmiş diktatoru Səddam və Taliban region sülhü və təhlükəsizliyi üçün təhlükəlidirlər.
Ruhani xalqların birliyi, beynəlxalq təfəkkürlərin dialoqu, eləcə də zorakılıq və ifratçılığın rədd olunmasını sülhə lazım olan məsələlər adlandırıb və belə əlavə edib: İran regionda sülh və təhlükəsizlik tərəfdarıdır və bu qənaətdədir ki, əgər ölkələrdə fikir ayrılığı olmuş olarsa, bunun üçün ən yaxşı həll yolu, müzakirədir.
İran prezidenti söyləyib: İran terrorizmlə mübarizə aparan və onunla savaşda olan hər bir ölkəni və hər bir xalqı dəstəkləyir. O, əlavə edib: Terrorizmlə mübarizə, eləcə də regionda və dünyada sülh və təhlükəsizliyin yaradılması ölkələrin xarici siyasətində birinci məsələ olmalıdır.