Fev 10, 2017 12:47 Asia/Baku
  • Həsən Ruhani: 22 Bəhmən yürüşündəki milyonluq iştirak İranın qüdrət nişanəsidir
    Həsən Ruhani: 22 Bəhmən yürüşündəki milyonluq iştirak İranın qüdrət nişanəsidir

İran İslam Respublikası prezidenti Həsən Ruhani: İran xalqının bu ilki 22 Bəhmən yürüşündəki milyonluq iştirakı İranın milli iqtidarının nişanəsi və Ağ Evin yeni başçılarının yanlış açıqlamalarına cavab idi.

İran İslam Respublikası prezidenti bu gün səhər, Tehranda keçirilən 22 Bəhmən yürüşündə çıxışı zamanı deyib: İran xalqı 22 Bəhmən yürüşündəki milyonluq iştirakı ilə bir daha dünyaya elan etdi ki, İslam İnqilabının Böyük Rəhbəri yalnız deyil və İran xalqı ilə təhdidlərdən uzaq olan hörmət dili ilə danışmaq lazımdır. 

Həsən Ruhani əlavə edib: İran xalqı 22 Bəhmən yürüşündəki əzəmətli iştirakı ilə həmçinin dünyaya sübut etdi ki, İslam İnqilabı öz ali ideyalarına doğru hərəkətini fasiləsiz olaraq davam etdirir. 

İran prezidenti həmçinin deyib: Ötəb 38 ilin təcrübəsi sübut edib ki, İran xalqı ilə təhdid dili ilə danışan hər bir kəs sonda öz hərəkətinə görə peşman olacaq. 

İran prezidentinin birinci müavini İshaq Cahangiri də Tehranda 22 Bəhmən yürüşü iştirakçıları və jurnalistlər arasında deyib: İran xalqı həmişə olduğu kimi İnqilabın kənarında idi və bu iştirakın ən mühüm müraciəti İran xalqının hegemonçuluq quruluşu qarşısındakı birlik və həmrəyliyi idi. 

İ.Cahangiri ABŞ-ın heç bir qələt edə bilməyəcəyini deyərək, əlavə edib: Donald Tramp hələ də seçkilərdəki atmosferdən xilas ola bilməyib və onun ətrafındakı insanlar da bir neçə qrupa bölünürlər. Bunlardan biri sionist rejimdir və Amerikadan daha çox bu rejimin öz maraqlarına xidmət edir. 

Teqlər