Ruhani: İran İslam İnqilabı Şərq və Qərb bloklarına arxalanmadan qələbə çaldı
-
Ruhani: İran İslam İnqilabı Şərq və Qərb bloklarına arxalanmadan qələbə çaldı
İran İslam Respublikası prezidenti bu gün Tehranda keçirilən Farabi festivalında etdiyi çıxışı zamanı deyib: İctimaiyyətin üzləşdiyi problemlərin həlli üzrə ən böyük məsuliyyət humanitar elmlərin üzərinə düşür.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda keçirilən 8-ci Beynəlxalq Farabi Festivalında çıxışı zamanı ictimai problemlərin həllində humanitar elmlər üzrə mütəfəkkirlərin önəmli təsirinə işarə edib və deyib: Elmin rolu sadəcə bilik və dəyişiklik deyil. Elmin əsas rolu ictimaiyyəti istiqamətləndirmək və ali məqsədlərə doğru hərəkət etdirməkdir. Alimlər və mütəfəkkirlərin rolu isə ictimai ədalət və tarazlığı təmin etməkdir.
Ruhani İranda İslam İnqilabının qələbə çalmasından sonra 34 seçkinin keçirilməsinə işarə edərək, bunu İslam Quruluşunun iftixarlarından adlandırıb və deyib: Mütəfəkkirlər və ziyalılar İslam İnqilabını yenidən analiz edərək, ictimaiyyətin quruculuğu yolunda addımlar atmalıdırlar.
İranprezidenti İran İslam İnqilabının Qərb və Şərq bloklarına arxalanmadan qələbə çaldığına işarə edərək, humanitar elmlər və islam elmləri üzrə bütün mütəfəkkirlər, alimlər və ziyalıları İran xalqının bu böyük və əzəmətli inqilabının müxtəlif cəhətlərini yenidən analiz etməyə dəvət edib.
Həsən Ruhani həmçinin deyib: Əgər İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) dəqiq sosioloji təhlili olmasaydı, İslam İnqilabı dünyanın ən böyük qüdrəti tərəfindən himayə olunan regionun ən güclü qüdrəti qarşısında qələbə çala bilməzdi.
İran İslam Respublikası prezidenti 8-ci Beynəlxalq Farabi Festivalının bağlanış mərasimində festivalın müxtəlif bölmələrinin 33 qalibini də mükafatlandırıb.