İran avtomobilləri tezliklə Avropa və Asiya avtomobillərinin rəqibinə çevriləcək
https://azeri.sahartv.ir/news/İran-i259577-İran_avtomobilləri_tezliklə_avropa_və_asiya_avtomobillərinin_rəqibinə_çevriləcək
Cənubi Koreyanın Tehrandakı səfiri: İran avtomobilləri tezliklə Avropa və Asiya avtomobillərinin rəqibinə çevirləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2017 13:25 Asia/Baku
  • İran avtomobilləri tezliklə Avropa və Asiya avtomobillərinin rəqibinə çevriləcək
    İran avtomobilləri tezliklə Avropa və Asiya avtomobillərinin rəqibinə çevriləcək

Cənubi Koreyanın Tehrandakı səfiri: İran avtomobilləri tezliklə Avropa və Asiya avtomobillərinin rəqibinə çevirləcək.

İRNA-nın məlumatına görə, Cənubi Koreyanın İrandakı səfiri Kim Sunq Hu bazar günü Tehranda keçirilən 4-cü beynəlxalq İranın Avtomobil Sənayesi Seminarında deyib: İran şirkətləri ilə əməkdaşlıq üçün yaxşı fürsət yaranıb və beynəlxalq avtomobil istehsalçıları bu avtomobil sənayesi seminarında İranın avtomobil sənayesinin həqiqi siması ilə tanış ola bilərlər. 

Kim Sunq Hu əlavə edib: İran ilə əməkdaşlıq bir fürsət sayılır və İranda iştirak xarici şirkətləri daha da güclü edəcək bir rəqabətə atılmaq deməkdir. 

O həmçinin deyib: İranın avtomobilqayırma sənayesi tezliklə daha güclü olacaq və dünyanın ən güclü avtomobil istehsalçıları üçün bir rəqibə çevriləcək. 

4-cü beynəlxalq avtomobil sənayesi seminarı Fransa, Türkiyə, Almaniya, İspaniya, Yaponiya, Cənubi Koreya və Çinin avtomobilqayırma şirkətlərinin iştirakı ilə keçirilib.