Fev 12, 2017 18:54 Asia/Baku
  • İran ordusu Babül-Məndəb boğazının təhlükəsizliyinin təmin edilməsini vurğuladı
    İran ordusu Babül-Məndəb boğazının təhlükəsizliyinin təmin edilməsini vurğuladı

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı İran ordusu Dəniz Qoşunlarının ən mühüm məsələsini Ədən körfəzi, Qırmızı dəniz və Babül-Məndəb boğazının təhlükəsizliyinin təmin edilməsi adlandırıb.

İRNA-nın məlumatına görə, kontr-admiral Həbibullah Səyyari bazar günü bir mərasimdə deyib: İran ordusu Dəniz Qoşunları indiyə kimi İranın 3850 ticarət gəmisi və tankerini habelə, 25 xarici gəmini Babül-Məndəb boğazı və Ədən körfəzində müşayiət və onların təhlükəsizliyini təmin edib. 

Kontr-admiral Həbibullah Səyyari əlavə edib: İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının hərbi bölmələri ilk  dəfə olaraq Ümid burnunun ətrafından keçiblər. 

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı həmçinin deyib: 2018-ci ilin əvvəlləri İran ordusu Dəniz Qoşunlarının ev sahibliyi ilə Hind okeanı ətrafında yerləşən ölkələrin Dəniz Qoşunları komandanlarının iclası keçiriləcək. Bu iclasda Avropadan da müşahidəçi ölkələr iştirak edəcək. 

Teqlər