Brucerdi: Nüvə anlaşması ilə bağlı məxfi sənədlərin yayımlanması AEBA-nın zərərinə olacaq
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran ilə nüvə anlaşması barədə olan məxfi sənədlərin ifşa edilməsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə olan etimadın itirilməsinə səbəb olacağını dedi.
Əlaəddin Brucerdi İran İslam Şurası Məclisinin mətbuat xidmətinə verdiyi müsahibədə nüvə anlaşması ilə bağlı məxfi məlumatların ABŞ prezidenti Donald Tramp tərəfindən ifşa edilməsi ehtimalı barədə deyib: İran bu məxfi sənədlərin ifşa edilməsini müsbət qarşılayır. Çünki, bu sənədlərin ifşa edilməsi İranın haqlı olduğunu bir daha təsdiq etmiş olacaq.
Brucerdi əlavə edib: Əgər Tramp İran və AEBA arasındakı məxfi sənədləri ifşa edərsə, əslində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin öz öhdəliyinə əməl etmədiyi ortaya çıxmış olacaq. Çünki, agentlik İranın nüvə fəaliyyətləri ilə bağlı sənədlərin məxfiliyini qoruyacağı barədə üzərinə öhdəlik götürüb.