Qasimi: Stabillik və təhlükəsizlik İranın regiondakı əsas prioritetidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəhreyndə İranın İraqdakı rolu barəsində etdiyi iddialara reaksiyada deyib: Bu açıqlamalar xüsusi emosional şəraitin təsiri altında verilib.
Fars Xəbər Agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi çərşənbə günü bildirib: Türkiyə prezidenti İranın regionda və İraqdakı konstruktiv və stabillik yaradan rolunu hamıdan daha çox bilir.
Qasimi bildirib: İranın İraqdakı müsbət rolu aktları və pislikləri Türkiyəyə də sirayət etmiş təkfirçi və terrorçu qruplarla mübarizə üçün bu ölkənin qanuni hökumətinin müraciəti əsasında baş tutur.
İran XİN sözçüsü Türkiyə rəsmilərinə xatırladıb ki, təhlükəsizlik və stabillik İranın regiondakı əsas prioritetidir və bu, stabillik yaradan tərəfləri terrorçuları dəstəkləyən və de-stabillik yaradan oyunçulardan ayırd etmədən mümkün olmayacaq.
Qasimi deyib: Regionda nigaranlıq və de-stabilliyin davam etməsinə səbəb olan məsələ, terror qruplarını açıq-aşkar və gizlicə dəstəkləmək, onlardan vasitə kimi istifadə etmək, qonşu ölkələrin milli hakimiyyəti və ərazi bütövlüyünə hörmətlə yanaşmamaqdır. Bu, regionun şəraitini daha da mürəkkəbləşdirir.