Fev 16, 2017 14:16 Asia/Baku
  • Sərbəst güləş üzrə dünya çempionatı İranda start götürüb

Sərbəst güləş üzrə 45-ci dünya çempionatı bu gün səhər İranın qərbində, Kermanşah şəhərində İmam Xomeyni(r.ə) adına idman kompleksində start götürüb. Yarışlarda dünyanın 8 ən güclü komandası iştirak edir.

Sərbəst güləş üzrə dünya çempionatının "A" qrupunda Rusiya, Amerika, Azərbaycan və Gürcüstan komandaları, "B" qrupunda isə İran, Türkiyə, Hindistan və Monqolustan komandaları yer alır.

Bu gün səhər çempionatın əvvəlində Türkiyə yığması ilə qarşılaşan İran yığması günortadan sonra Hindistan yığması ilə qarşılaşmalıdır.

Sabah isə İran yığması Monqolustan komandası ilə qarşılaşmalı olacaq.

İranda keçirilən sərbəst güləş üzrə 45-ci dünya çempionatında ümumilikdə 103 idmançı iştirak edir.

İranın sərbəst güləş üzrə yığma komandası indiyə kimi 7 dəfə, 1996, 2006, 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə  dünya çempionatının qalibi, 11 dəfə isə dünya ikincisi olub.

Teqlər