İran prezidenti iranlı güləşçiləri təbrik etdi
https://azeri.sahartv.ir/news/İran-i260068-İran_prezidenti_iranlı_güləşçiləri_təbrik_etdi
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın sərbəst güləş üzrə milli komandasını Kermanşahda keçirilən sərbəst güləş üzrə 45-ci dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2017 16:55 Asia/Baku
  • İran prezidenti iranlı güləşçiləri təbrik etdi
    İran prezidenti iranlı güləşçiləri təbrik etdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın sərbəst güləş üzrə milli komandasını Kermanşahda keçirilən sərbəst güləş üzrə 45-ci dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib.

Həsən Ruhani öz müraciətində iranlı güləşçiləri İran bayrağının güləş yarışlarında dalğalandırılması münasibəti ilə təbrik edərək, deyib: Bu qələbə iranlı idmançıların idman sahəsində iftixar zirvələrini fəth etmək üzrə bacarığı və ləyaqətini təsdiq edən növbəti faktdır.

İranın sərbəst güləş üzrə milli komandası cümə günü axşam Kermanşahda keçirilən 45-ci dünya çempionatının final mərhələsində Amerika komandasını 5-3 hesabı ilə məğlub edərək, ardıcıl olaraq 6-cı dəfə dünya çempionu olub. Bu İranın dünya çempionatında 8-ci qəhrəmanlığıdır.