Fev 18, 2017 12:55 Asia/Baku
  • Avropa Birliyi və AEBA bir daha İran ilə nüvə anlaşmasını dəstəklədilər
    Avropa Birliyi və AEBA bir daha İran ilə nüvə anlaşmasını dəstəklədilər

Avropa Birliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik cümə günü birgə bəyanat yayaraq, İran ilə nüvə anlaşmasını yenidən dəstəkləyiblər.

İRNA-nın məlumatına görə, Avropa Birliyi və AEBA-nın yüksək səviyyəli rəsmilərinin Brüsseldə baş tutan iclasının sonunda yayılan bu bəyanatda deyilir: AB-nin ali nümayəndəsi nüvə anlaşması üzrə müştərək komissiyanın koordinatoru olaraq nüvə anlaşmasının icrasına nəzarət prosesində yaxından iştirak edəcək. 

Bu bəyanatda həmçinin deyilir: AB təlim və təchizat daxil olmaqla texniki baxımdan agentliyə dəstəyini davam etdirəcək. 

Həmçinin, bu bəyanata görə, Avropa Birliyi, İran ilə birgə əməkdaşlıq sahəsində icra edilmiş 3 nüvə anlaşması haqda o cümlədən nüvə təhlükəsizliyi və birgə araşdırmalar barədə hesabatlar təqdim edib. 

İran ilə nüvə anlaşmasına verilən beynəlxalq dəstək İranın BMT, Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiq olmasının bariz nümunəsidir. 

ABŞ prezidenti Donald Tramp İran ilə nüvə anlaşmasının digər tərəfləri olan İngiltərə, Fransa, Almaniya, Rusiya və Çinin əksinə olaraq, davamlı olaraq nüvə anlaşmasını ən pis anlaşma adlandıdır.

 

Teqlər