İran Kanada məhkəməsinin qərəzli qərarına reaksiya verdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Kanadanın Ontario məhkəməsinin İran İslam Respublikası əleyhinə son qərarı dövlətlərin və onların əmlakının hüquqi toxunulmazlığı haqda beynəlxalq hüququn normalarına açıq-aşkar ziddir və qəbuledilməzdir.
İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin məlumatına görə, İran XİN sözçüsü Bəhram Qasimi bazar günü Kanadanın Ontario məhkəməsinin İran əleyhinə son qərarına reaksiya verib: Təəssüflər olsun ki, kanadalı məhkəmə hakimi beynəlxalq qaydalara və dövlətlərin bərabərlik prinsipinə diqqət yetirmədən bu qərarı vermişdir. İranın baxışınca bu qərar qəbuledilməzdir.
Qasimi həmçinin deyib: İran bundan öncə bu sahədə əlaqədar qanuni kanallar vasitəsi ilə Kanada hökumətinə öz rəsmi etirazını bildirib və İranın bu sahədə hüquqi və siyasi addımları atmaq üçün haqqı vardır.
Kanadanın Ontario məhkəməsinin hakimi şənbə günü qərəzli bir hərəkətdə İranı terrorizmi dəstəkləməkdə suçlayan şikayətçilərin ədliyyə xərclərinin ödənməsi üçün İslam Respublikasının 300 min dollar ödəməsinə qərar verib.
Bu məhkəmə 2016-cı il iyun ayında da əsassız iddialarla İranı terrorizm qurbanlarından bir qrupuna 13 milyon dollar ödəməyə məhkum edib.
Kanada məhkəməsinin əsassız iddiasına cavab olaraq qeyd edək ki, İran özü dünyada terrorizmin əsas qurbanlarından biridir və hazırda da regionda terrorizmlə mübarizənin ön cəbhəsindədir.