Fev 20, 2017 20:18 Asia/Baku
  • Əmir Əbdollahiyan
    Əmir Əbdollahiyan

Qüds mehvər olmaqla İslam birliyi və sionist rejimin işğalçılığı ilə mübarizənin davam etdirilməsi Tehranda Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın keçirilməsinin mühüm hədəflərindəndir.

Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın baş katibi Hüseyn Əmir Əbdollahiyan bu gün Əlaləm telekanalı ilə müsahibədə vurğulayıb ki, Fələstin məsələsinin siyasi sahədə həlli, referendumun keçirilməsi, sionist rejimin işğalçılığı qarşısında fələstinli qrupların müqavimətinin davam etdirilməsi konfransda nəzərdən keçiriləcək məsələlərdəndir.

Fələstin intifazəsini himayə üzrə 6-cı beynəlxalq konfrans "Hamı birlikdə Fələstini himayə edək!" şüarı ilə 2017-ci il fevralın 21 və 22-də səksən ölkədən 700 qonağın iştirakı ilə Tehranda keçiriləcək.

Fələstin intifazəsini himayə üzrə 5-ci beynəlxalq konfrans 2011-ci il oktyabrın biri və ikisində "Fələstin, fələstinlilərin vətəni!" şüarı ilə Tehranda keçirilmişdi.

Teqlər