Fev 24, 2017 14:25 Asia/Baku
  • "Fələstin məsələsi İran və islam dünyasının prioritet məsələsidir"

"Fələstin məsələsi İran İslam Respublikasının xarici siyasətinin başında durur və islam dünyasının prioritetidir".

Bu sözləri bu həftə Tehranda baş tutan cümə namazı xütbələrində müvəqqəti imam cümə Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani deyib.

Tehranda 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının uğurla keçirilməsini qeyd edən cümə namazı xətibi bildirib: İslam dinində kafirlərin müsəlmanlara və islam ərazilərinə nəzarət etməsinin haram olduğu vurğulandığı kimi, Fələstin xalqına dəstək və sionist rejimin işğalçılığının davam etməsi İran İslam Respublikasının siyasətinin başında durur.

Ayətullah Müvəhhidi Kirmani İranın milli mənafeyinin regionda Fələstin məsələsi ilə düyünləndiyini deyib: Sionist rejimin Fələstin xalqına qarşı cinayətləri, kütləvi qırğın, fələstinlilərin didərgin edilməsi və öz ata-baba yurdlarından qovulması əsla unudulmayacaq.

Cümə namazının müvəqqəti xətibi saxta İsrail rejiminin Fələstin ərazilərində təsis olunduğunu bir daha diqqətə çatdırıb: Qeyri-qanuni şəkildə bir qrupa mentalitet vermək məqsədilə yəhudi-sionist ərazisinin yaradılması İngiltərə tərəfindən planlaşdırıldı. Sonra isə ABŞ və bəzi qərb ölkələri bu planı dəstəklədi.

Ayətullah Müvəhhidi Kirmani həssas Yaxın Şərq regionunda qeyri-qanuni sionist rejimin yaradılmasında məqsədin islam ölkələri və dövlətlərini zəiflətmək olduğunu bildirib: ABŞ və İngiltərə bəzi qərb ölkələri ilə birlikdə regionun enerji və təbii ehtiyatlarını ələ keçirmək üçün Yaxın Şərqin islam ölkələrinin ürəyində xərçəng şişi olan sionist rejimi yaratdılar.

Tehranın cümə namazı xətibi Avropada İranofobiya, islamofobiya və islam peyğəmbərinin (s.ə.s) müqəddəsliyinə hörmətsizliyi qərb və ABŞ-da sionist lobbinin nüfuzunun nəticəsi adlandırıb.

Ayətullah Müvəhhidi Kirmani sonda bildirib: Bəzi qərb ölkələri və regionun ərəb ölkələrinin təzyiqlərinə baxmayaraq Fələstin müqaviməti var-gücü ilə sionist işğalçılar qarşısında dayanıb. Tezliklə bu işğalçı rejim və hamiləri İslam Müqavimət qüvvələrinə məğlub olacaq.

Teqlər