Fev 27, 2017 16:57 Asia/Baku
  • İran həmişə İraq və Suriyaya kömək edir
    İran həmişə İraq və Suriyaya kömək edir

"İran İraq və Suriyaya həmişə kömək edir. Bu kömək hərəkatın toxunulmazlığı və İran İslam Respublikasının iqtidarını qorumağa köməkdir".

Bu sözləri Tehranda İslam Şurası Məclisinin Mühafizə Qüvvələri Şəhidlərinin 2-ci xatirə mərasimində İran İslam Şurası Məclisinin sədri Əli Laricani deyib. 

Onun sözlərinə görə, dünyanın hazırkı şəraitində, terrorçularla mübarizə aparan qruplar vardır. Lakin onların mübarizələri hərəkat olmadığı üçün nəticə vermir. 

Laricani İran İslam İnqilabı Keşikçilər Korpusunun hərəkat məsuliyyətinə əsasən işinə başladığını deyib: Keşikçilər Korpusu Sepah ayıq-sayıqlığı və təşəbbüsü ilə düşmənlərin məkrli planlarını zərərsizləşdirib. 

Hərəm müdafiəçiləri şəhidlərini yad edən İslam Şurası Məclisinin sədrinin sözlərinə görə, hazırda İraq və Suriyaya hərəmləri müdafiə etmək üçün gedən və canlarını fəda edən şəxslərin bu işi onların hərəkatının davamı yolundadır. 

8 illik Müqəddəs Müdafiə dövründə parlamentin 40 şəhidinin ailəsi və hərəm müdafiəçiləri şəhidlərinin beş ailəsi İslam Şurası Məclisinin Mühafizə Qüvvələri Şəhidlərinin 2-ci xatirə mərasimində iştirak edib və İslam Şurası Məclisinin Mühafizə Qüvvələrinin Şəhidlərinin xatirə abidəsinin açılış mərasimi olub. 

Teqlər