Ruhani: "Amerikanın əngəlləri nüvə anlaşması ilə bağlı bank razılaşmalarının icrasında ləngimənin səbəbidir"
-
Həsən Ruhani
"Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasında bankların məsələsində Amerika tərəfindən öhdəliklərin dəqiq icra olunmaması və əngəllər bu anlaşmanın ləngimə ilə üzləşməsinə səbəb olub".
Bunu, İranın Mərkəzi Bankının illik 56-cı toplantısında İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib.
Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində əldə olunan razılaşmaların bank məsələsi istisna olmaqla qalan bütün məsələlər tam şəkildə icra olunduğunu deyən prezident Ruhani nüvə anlaşması ilə bağlı bank razılaşmalarının icrasında ləngimənin səbəbinin ABŞ-ın əngəlləri və böyük bankların qorxusundan qaynaqlandığını bildirib.
ABŞ hökuməti 2016-cı il yanvar ayından Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunması ilə həmişə bu istiqamətdə əngəllər yaradıb və İran rəsmilərinin dediyinə görə, bu hərəkətlər nüvə anlaşmasının açıq-aşkar pozulmasıdır.
İran İslam Respublikası prezidenti son illərdə əldə olunan ən böyük nailiyyətin İran bazarına stabilliyin qayıtdığı olduğunu bildirib: Günəş ilinin sonuna qədər inflyasiyanın rəqəmi təkrəqəmli olacaqdır.
"İranın iqtisadi artımı cari günəş ilinin sonuna qədər 6%-i keçəcəkdir" -deyən İran prezidentinin sözlərinə görə, təkrəqəmli inflyasiya və iqtisadi inkişafın mövcudluğu İslam İnqilabının qələbəsindən sonra ilk dəfə baş vermişdir.
Ruhani səhmlərin əcnəbilərə verilməsi və Milli İnkişaf Fondunun köməyindən faydalanmağı da yerli bankların güclənməsi həll yollarından adlandırıb.
İran İslam Respublikası prezidenti Mərkəzi Bankın illik iclasının kənarında bank şəbəkəsinin nəzarət və xidmətlər üzrə yeni sistemləri sərgisi ilə yaxından tanış olub.