Fev 28, 2017 15:09 Asia/Baku
  • Ruhani qonşularla münasibətlərə təkid edib
    Ruhani qonşularla münasibətlərə təkid edib

İran İslam Respublikası prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) əhəmiyyətinə toxunaraq deyib: İran İslam Respublikası üçün qonşularla əlaqələrin böyük əhəmiyyəti var.

İİR prezidenti Həsən Ruhani bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan ostanının mərkəzi olan Zahedan şəhərinin hava limanını Pakistan paytaxtı İslamabadda keçirilən İƏT-in sammitində iştirak etmək üçün tərk edərkən deyib: İƏT üzvlərinin çoxu İranın qonşularıdır və bu ölkələr arasında əməkdaşlıqlar regionun gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. 

Ruhani İranın inkişafının digər ölkələr, xüsusilə də qonşu ölkələrlə əməkdaşlıqları tələb etdiyini vurğulayaraq deyib: İƏT sammitinin kənarında iştirakçı ölkələrin rəhbərləri ilə də ikitərəfli görüşlər keçiriləcək. 

Ruhani deyib: Bu gün regionda durum çox həssasdır və məntəqə son illərdə terrorizm bəlasına düçar olub. Ona görə də, İslamabad sammitində iqtisadi əməkdaşlıqlardan əlavə, təhlükəsizlik və regional məsələlər də araşdırılacaq. 

İƏT-ə üzv ölkələrin 13-cü sammiti sabah İslamabadda keçiriləcək.  

Teqlər