İran və Türkiyə prezidentləri ikitərəfli əlaqələrin inkişafına təkid ediblər
-
İran və Türkiyə prezidentləri ikitərəfli əlaqələrin inkişafına təkid ediblər
İran İslam Respublikası və Türkiyə prezidenti Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitinin kənarında görüşərək, ikitərəfli əlaqələr və regional məsələlər barədə danışıqlar aparıblar.
İRNA-nın verdiyi məlumata görə, İran və Türkiyə prezidentləri Həsən Ruhani və Rəcəb Təyyib Ərdoğan çərşənbə günü İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) sammiti kənarında görüşüb, danışıqlar aparıblar. Görüşdə iki ölkə arasında əməkdaşlıqların hərtərəfli formada inkişaf etdirilməsinə habelə, əlaqələrin möhkəmləndirilməsinə təkid edilib.
Ruhani və Ərdoğan bu görüşdə regionun mühüm məsələləri o cümlədən terrorizm ilə mübarizə və Yaxın Şərq olayları barədə də fikir mübadiləsi aparıblar.
İran prezidenti bazar günü İƏT-in 13-cü sammitində iştirak etmək üçün İslamabada səfər edib. Həsən Ruhani bu gün səhər İƏT-in sammitində iştirak və çıxış edib. İran prezidenti öz çıxışında İƏT-ə üzv ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə habelə, bu regionla təşkilatın strukturunda müəyyən islahatların aparılmasına təkid edib.
İƏT-in 13-cü sammiti çərşənbə günü bir bəyanat yayaraq, öz işini başa vurub.
Sammitin yekun bəyanatında yer alan mühüm məsələlər regional təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, bəzi ölkələr tərəfindən miqrasiya siyasətinin yürüdülməsi ilə müxalifət, bəzi dövlətlər tərəfindən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi ilə müxalifət və üzv ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi olub.
İran, Türkiyə, Azərbaycan, Pakistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistan İƏT-ə üzv 10 ölkədir.