Olimpiya və paralimpiya çempionlarının mükafatlandırılması mərasimi başlayıb
https://azeri.sahartv.ir/news/İran-i261488-olimpiya_və_paralimpiya_çempionlarının_mükafatlandırılması_mərasimi_başlayıb
Rio 2016 Yay Olimpiya Oyunları çempionlarının mükafatlandırılması mərasimi İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə Tehranda başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2017 09:16 Asia/Baku
  • Olimpiya və paralimpiya çempionlarının mükafatlandırılması mərasimi başlayıb
    Olimpiya və paralimpiya çempionlarının mükafatlandırılması mərasimi başlayıb

Rio 2016 Yay Olimpiya Oyunları çempionlarının mükafatlandırılması mərasimi İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə Tehranda başlayıb.

Bu mərasimdə İranın idman və gənclər naziri, idman federasiyalarının rəhbərləri, vilayətlərdə idman və gənclər idarələrinin direktorları da iştirak edirlər. 

İranın idman karvanı "İmam Rza (ə)" adı altında Rio De Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında sərbəst və yunan-roma güləşi, ağırlıqqaldırma, taekovando, boks, oxatma, tapança, qayıqçılıq, stolüstü tennis, velosiped, qaçış, qılıncoynatma, voleybol, cüdo və üzgüçülük idman növləri üzrə iştirak edib. 

İran idmançıları ağırlıqqaldırma, taekovando, sərbəst və yunan-roma güləşi üzrə 8 medal, üç qızıl, bir gümüş və 4 bürünc qazanıblar. 

İranın əlil idmançıları da paralimpiyada 24 medal, 8 qızıl, 9 gümüş və 7 bürünc medala layiq görülüblər.