Ruhani: İranlı hicablı qadınları idman səhnəsində iştirakı fəxr mənbəyidir
"Qaydalarda stabillik, düzgün proqramlar və doğru iqtisadi hərəkət vətəndaşlara ümid verir ki, onun bir hissəsi iqtisadiyyat, başqa hissəsi mədəniyyət və sonuncu hissəsi isə incəsənətdir".
Bu sözləri Rio 2016 Yay Olimpiya və Paralimpiya Oyunlarının çempionları və mükafatçılarının Tehranda keçirilən mükafatlandırma mərasimində İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, dünya və regional səviyyədə, İran mədəniyyəti, filmi və musiqisinin parlaması İran xalqına ümid bəxş edir.
"Dünya səviyyəsində İran diplomatiya idarəsinin düzgün hərəkəti və məkrli planlar, sanksiyaları məğlub etmək üzrə uğur qazanması, xalqın hüququnun təsbit olunması və İranın dünya ilə əlaqələrinin anlaşma istiqamətində qərarlaşması iran xalqı üçün gələcəyə ümidi yaradıb" -deyə prezident Ruhani bildirib.
Ruhani cəmiyyətin sağlamlıq sektoru və idman və çempionluq sahəsindəki ümidə toxunub: İran çempionları cəmiyyətdə ümidi yaradırlar və dünyada müxtəlif idman yarışlarında onların səylərinə çoxlu gözlər dikilib.
İran prezidenti həmçinin elm, bilik və incəsənət kimi idman sahələrində çempionluğun İran xalqının fəxr mənbəyi olduğunu qeyd edib: Bütün sahələrdə, ictimaiyyətdə, yerli və beynəlxalq yarışlarda idmanın ən önəmli təsirlərindən biri ümid və şən ruhiyyənin yaranmasıdır.
Ruhani idman sahəsində iranlı hicablı qadınların iştirakının xalq üçün fəxr mənbəyi olduğunu bildirib: İranlı qadın dünya səviyyəsində idman sektorunda öz səylərini sərgiləyir və hicab, iffət və islam və İran mədəniyyətini dünyaya əks etdirir.
İran prezidenti idmanı İran xalqı üçün birlik, təhlükəsizlik, mədəni birlik və inkişaf qaynağı adlandırıb: Güclü diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət və idman Milli Ümid Paketidir.