Mart 04, 2017 14:18 Asia/Baku
  • Ruhani Olimpiya və Paralimpiya çempionlarını mükafatlandırıb

İran İslam Respublikası olimpiyanın 10 və paralimpiyanın 10 çempionunu, medal qazanmış 10 federasiyanın rəhbərini və 3 idman hakimini mükafatlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda keçirilən Rio 2016 Yay Olimpiya və Paralimpiya mükafatçılarının mükafatlandırılması mərasimində Müqavimət İqtisadiyyatı ilinə toxunub: İdmanın bir hissəsi idman iqtisadiyyatına şamil olur. Bu, idman turizmi ilə nəticələnə, iqtisadiyyatdan daha üstün, İranofobiya ilə mübarizə apara və dünya ilə anlaşma və dialoqu yarada bilər.

Ruhani xatırladıb: İran idmanı Kirmanşahda Güləş üzrə Dünya Çempionatında öz qonaqpərvərliyi ilə ABŞ hökumətini utandırdı, amerikalı güləşçilərə viza verdi və bu sahə İranın əzəmətini əks etdirdi.

İran İslam Respublikası prezidenti bildirib: İdman təhlükəsizlik və milli birliyin gücləndirilməsi, İran və islam mədəniyyətinin yüksəldilməsi və müqavimət iqtisadiyyatına diqqətin yetirilməsinə şərait yaradır və İranı davamlı inkişaf istiqamətində qərarlaşdıra bilər.

Teqlər