Mart 06, 2017 14:04 Asia/Baku
  • İraqçı: IORA birliyi beynəlxalq hadisələrdə təsirlidir
    İraqçı: IORA birliyi beynəlxalq hadisələrdə təsirlidir

İran xarici işlər nazirinin müavini deyib: Hind okeanı üzrə Regional Əməkdaşlıqlar Birliyi-IORA beynəlxalq hadisələrdə təsirlidir.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı bu gün İndoneziyanın paytaxtı Cakartada, IORA xarici işlər nazirlərinin iclasında bu birliyin beynəlxalq olaylara təsirdəki önəminə toxunaraq, üzv ölkələrin həmkarlıqlarının xüsusən qarşılıqlı bank və maliyyə əməkdaşlıqları imkanlarının yüksəldilməsi, eləcə də ticarət və investisiya sahələrində gücləndirilməsini istəyib.

İraqçı əlavə edib: Sanksiyaların aradan götürülməsi IORA ölkələri arasındakı iqtisadi əməkdaşlıqların xüsusən Hind okeanına qovuşma məkanı olan Fars Körfəzi məntəqəsində gücləndirilməsi üçün münasib zəmin yaratdı.

İran xarici işlər nazirinin müavini həmçinin İranın cənub-şərqindəki Çabahar limanının yüksək iqtisadi imkanına işarə edərək, söyləyib: Şərq və qərb, şimal və cənubun qovşaq nöqtəsi olan Çabahar limanı yüksək iqtisadi göstəriciyə malikdir və IORA ölkələri bu limanın imkanlarına diqqət yetirsinlər.

Hind okeanı üzrə Regional Əməkdaşlıqlar Birliyinin sammiti sabah Cakartada keçiriləcək və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iclasda iştirak edəcək.

Hind okeanı üzrə Regional Əməkdaşlıqlar Birliyi beynəlxalq bir təşkilat kimi 1997-ci ildə fəaliyyətə başlayıb və üzv ölkələr arasında elm və ticarət həmkarlıqlarının inkişafı yolundakı maneələrin aradan götürülməsi, iqtisadi əməkdaşlıqlar və davamlı inkişaf onun əsas hədəflərindəndir.

İran, Avstraliya, Banqladeş, Hindistan, İndoneziya, Keniya, Madaqaskar, Malayziya, Moris, Mozambik, Oman, Seyşel adaları, Sinqapur, Cənubi Afrika, Şri-Lanka, Tanzaniya, Komoros, Somali, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən Hind okeanı üzrə Regional Əməkdaşlıqlar Birliyinə üzv 21 ölkədir.

Çin, Almaniya, ABŞ, Yaponiya, Misir, İngiltərə və Fransa da nəzarətçi üzvlər və dialoq tərəfləri kimi Hind okeanı üzrə Regional Əməkdaşlıqlar Birliyində iştirak edirlər.

Teqlər