Mart 07, 2017 09:36 Asia/Baku
  • Fədəvi: ABŞ İranla qarşıdurmaya qadir deyil
    Fədəvi: ABŞ İranla qarşıdurmaya qadir deyil

İran İslam İnqilabı Keşikçilər Korpusunun dəniz qoşunları komandanı deyib: Amerikalılar İranla qarşıdurmaya qadir olmadıqlarını bilirlər.

İRNA-nın verdiyi məlumata görə, general-mayor Əli Fədəvi dünən Qum şəhərində etdiyi çıxışında qərb zalımlarının İrana hərbi təcavüz fikrinə düşdükdə balaca təhlillərdən sonra öz fikirlərindən daşınmalı olduqlarını xatırladaraq deyib: Zalımlar İslami İran ilə ehtimali qarşıdurmada ağır xərclər ödəməli olacaqlar. 

Fədəvi ABŞ-ın hərbi gücü və təchizatlarının islam döyüşçülərinin iman gücü və şəhadətsevərlik əhval-ruhiyyəsi qarşısında heç nə olduğunu bildirərək deyib: Amerikanlar və onların regiondakı əlaltıları islam inqilabı və müsəlman ölkələrdəki müsəlman mübarizlər qarşısında məğlubiyyətə uğrayıblar. 

Fədəvi deyib: İslam düşmənləri əliyalın Yəmən müsəlmanları qarşısında belə, kiçicik uğur qazana bilmədilər. 

Teqlər