Mart 07, 2017 20:05 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri Əhməd Əzizinin vəfatı münasibəti ilə başsağlığı verib
    İslam inqilabının böyük rəhbəri Əhməd Əzizinin vəfatı münasibəti ilə başsağlığı verib

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei inqilabçı şair Əhməd Əzizinin vəfatı münasibəti ilə başsağlığı müraciəti veriblər.

İslam inqilabının böyük rəhbərinin müraciətində deyilir: İnqilabçı və yaradıcı şair Əhməd Əzizinin uzun sürən əzablı xəstəlikdən sonra dünyasını dəyişməsi münasibəti ilə, İranın ədəbiyyat camiəsinə, şeir və sənət əhlinə, xüsusiylə Kirmanşah ostanının əziz əhalisinə eləcə də 9 illik xəstəlik müddətində onun dərdlərini bölüşən ailəsinə başsağlığı verirəm. 

Həzrət Ayətullahül-üzma Xamenei mərhum Əhməd Əzizinin ruhuna ilahi rəhmət və məğfirət, ailəsinə isə Allah taaladan mükafat və toxtaxlıq diləyiblər. 

2008-ci il mart ayının 5-dən  2017-ci il martın 6-dək böyrək çatışmazlığı üzündən Kirmanşahın İmam Rza(ə) xəstəxanasının reanimasiya bölməsində yatırdılan inqilabçı şair Əhməd Əzizi dünən Allahın dəvətinə ləbeyk deyib. 

Əzizinin şeirləri islami irfanla zəngindir, onun bir çox əsərlərində əhli-beytin mədhi  öz əksini tapır. 

İslam inqilabının böyük rəhbəri 2011-ci il 20 oktyabrda Kirmanşaha səfərində xəstəxanada Əhməd Əziziyə baş çəkmişdi. 

Teqlər