ABŞ hərbi gəmisinin qeyri peşəkar davranışına cavab
Sepah-ın Dəniz Qoşunları döyüş gəmisi komandanı deyib: ABŞ hərbi gəmisinin Fars Körfəzindəki qeyri peşəkar davranışı gərginliyin artmasına və geri dönüşü olmayan hadisələrin yaşanmasına səbəb ola bilər.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qoşunlarının 1-ci dəniz məntəqəsi üzrə 112-ci Zülfüqar hərbi dəniz bölməsinin komandırı 3-cü gəmi kapitanı Mehdi Haşemi deyib: Regiondan kənar qüdrətlərin hərbi gəmilərinin Fars Körfəzi və Hömrüz boğazındakı qanunsuz iştirakının ardınca şənbə günü, 4 mart 2017-ciil tarıxındə ABŞ-ın birh ərbi gəmisi Hörmüz boğazından keçərkən beynəlxalq marşrutdan çıxaraq, Sepah-ın məntəqədəki qayıqlarına tərəf istiqamət dəyişdirib və qeyri peşəkar bir hərəkətdə İran qayıqlarının 550 metrliyinə kimi yaxınlaşıb.
Mehdi Haşemi əlavə edib: ABŞ və İngiltərə gəmilərinin Fars Körfəzi və Hörmüz boğazındakı iştirakı strateji Fars Körfəzi məntəqəsində təhlükəsizliyi təhdid etmiş olur.
O həmçinin deyib: Regiondan kənar qüdrətlərin xüsusi ilə Amerika və İngiltərə gəmilərinin məntəqəni tərk etməsi regionda davamlı sülh və təhlükəsizliyə zəmanət verə biləcək yeganə yoldur.
112-ci Zülfüqar hərbi gəmisinin komandanı vurğulayıb: Amerikalıların ötən bir neçə gündəki yalançılıq, fırıldaqçılıq və qeyri-peşəkarlıqları onların nəhs, qeyri qanuni və təhrik edici məqsədlərindən xəbər verir. Onlar aldadıcı şüarlarına rəğmən Fars Körfəzi və Hörmüz boğazında təhlükəsizlik və sabitliyi təhdid edirlər.
Bundan öncə bir ABŞ rəsmisi İran hərbi gəmilərinin ötən şənbə günü Hörmüz boğazında ABŞ-ın bir hərbi döyüş gəmisinin 500 metrliyinə kimi yaxınlaşdığını və onu öz yolunu dəyişməyə məcbur etdiyini iddia etmişdi.