Mart 12, 2017 19:12 Asia/Baku
  • İran və Cənubi Koreya neftayırma kompleksinin quraşdırılması barədə müqavilə imzalayıblar
    İran və Cənubi Koreya neftayırma kompleksinin quraşdırılması barədə müqavilə imzalayıblar

İranın Neft Təqaüd Fondunun müdiri deyib: Bu şirkət və Cənubi Koreyanın Hyunday şirkəti Kəngan neftayırma kompleksinin 2-ci fazasının quraşdırılması barədə müqavilə imzalayıblar. Müqavilənin dəyəri 3 milyard avrodur.

İRNA-nın məlumatına görə, Əsğər Arifi şənbə günü bu müqavilənin imzalanması mərasimində deyib: Kəngan neftayırma kompleksi İranın ən gəlirli və iqtisadi layihələrindən biri olacaq və indiyə kimi bu layihəyə 120 milyon dollar sərmayə qoyulub.

Əsğər Arifi əlavə edib: Bu layihənin 95%-i  Cənubi Koreya bankları tərəfindən layihələşdiriləcək və qarşıdan gələn 9 ay ərzində icra ediləcək.

Hyunday şirkətinin müdiri Sanq Ruk Sanq da bu mərasimdə deyib: Hyunday şirkəti ötən 40 ildə qaz və polimer sənayesi üzrə dünya bazarında aktiv iştiraka malik olub.

Kəngan neftayırma kompleksinin 2-ci fazası il ərzində 1 milyon ton etilen, 400 min ton ağır polietilen və 350 min ton yüngül polietilen istehsal etməlidir.

Kəngan neftayırma kompleksi İranın cənubunda, Buşehr ostanında yerləşir.

Teqlər