İranın önləyici və müdafiə qüdrətinin artırılması Sepah-ın iş gündəmidir
-
İranın önləyici və müdafiə qüdrətinin artırılması Sepah-ın iş gündəmidir
İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü və ictimai əlaqələr üzrə məsul şəxsi İranın önləyici və müdafiə qüdrətinin artırılmasını Sepah-ın əsas iş gündəmi adlandırıb.
IRIB-nin məlumatına görə, general-mayor pasdar Ramazan Şərif bu gün vurğulayıb ki, İran İslam Respublikasının müdafiə qüdrətinin artırılması xələl gəlməz və müzakirə olunmaz bir məsələdir. O, deyib: İslam İnqilabı və İran xalqının ciddi və sərt düşmənlərə malik olmalarına görə, Sepah İranın müdafiə qüdrətinin artırılması ilə onların ehtimal edilən hərəkətlərini məğlubiyyətə uğratmağa çalışır.
General Şərif bildirib ki, İslami İran Asiyanın qərbindəki təlatümlü şəraitdə və onun ətrafındakı geniş əmin-amansızlıqda dost və düşmənin etiraflarına görə, regionun əmin-aman və səbatlı ölkəsidir. O, belə qeyd edib: Bu təhlükəsizlik İran İslam Respublikasının silahlı qüvvələri və təhlükəsizlik təşkilatları tərəfindən təhlükəsizlik və kəşfiyyat sahələrində göstərilmiş geniş səylər, eləcə də Əhli-Beyt(ə) hərəmi müdaifəçiləri, müqavimət cəbhəsində döyüşçülərin canfəşanlıqları, fədakarlıqları və mübarizələri sayəsində əldə olunubdur.