İki iranlı mühəndis 100 min dollar mükafat qazandı
Avtomobilin sudan istifadə etmədən yuyulması üçün iki iranlı mühəndisin təşəbbüs layihəsi Avstraliyanın Nyu-Sout Uels ştatında 100 min dollar mükafata layiq görülüb.
Avstraliyanın SBS portalının məlumatına görə, mexanika mühəndisliyini doktorantura dərəcəsində bitirmiş Rza Keşavərzi və kimya mühəndisi Fərid Mirmöhsüni suya ehtiyac olmadan avtomobilin yuyulması texnologiyasını inkişaf etdirməklə avtomobilin yuyulması sənayesində tamamilə yeni bir layihəni yaratmışlar.
Bir avtomobilin yuyulması üçün 100-300 litr su lazımdır. Lakin hazırda bu iki iranlı mühəndis bir metod yaradıblar. Bu metoda əsasən sudan istifadə etmədən və ixtira etdikləri məhsuldan istifadə etməklə bir avtomobili yumaq mümkündür.
Avstraliyanın Sidney şəhərində yaşayan bu iki iranlı mühəndis həmçinin onlayn səfər xidməti kimi avtomobilin yuyulması sənayesində inqilab yaratmaq istəyirlər.