İnsan qaçaqmalçılığının artmasının kökündə müdaxiləçi, təcavüzkar və etnik təmizləmə siyasətləri durur
https://azeri.sahartv.ir/news/İran-i262656-İnsan_qaçaqmalçılığının_artmasının_kökündə_müdaxiləçi_təcavüzkar_və_etnik_təmizləmə_siyasətləri_durur
İranın BMT-dəki daimi nümayəndəsi deyib: İşğalçılıq, uzun müddət davam etdirilən müharibələr, terrorizm və etnik təmizləmə, dünyada insan qaçaqmalçılığı kimi nəhs fenomenin əsas amilləri hesab olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2017 10:21 Asia/Baku
  • İnsan qaçaqmalçılığının artmasının kökündə müdaxiləçi, təcavüzkar və etnik təmizləmə siyasətləri durur
    İnsan qaçaqmalçılığının artmasının kökündə müdaxiləçi, təcavüzkar və etnik təmizləmə siyasətləri durur

İranın BMT-dəki daimi nümayəndəsi deyib: İşğalçılıq, uzun müddət davam etdirilən müharibələr, terrorizm və etnik təmizləmə, dünyada insan qaçaqmalçılığı kimi nəhs fenomenin əsas amilləri hesab olunur.

İİR XİN mətbuat xidmətinin verdiyi məlumata görə, İİR-nın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru BMT-nin Təhlükəsizlik Şurasının insan qaçaqmalçılığı mövzusundakı ümumi iclasında deyib: İnsan qaçaqmalçılığı, cinsi istismar quldarlığın müxtəlif formaları və beynəlxalq səviyyədə əsas problemlərdən biridir. 

Qulaməli Xoşru deyib: Müdaxiləçi və təcavüzkar siyasətlər, terrorizm və etnik təmizləmə didərginlər və məcburi köçgün axınına səbəb olaraq insan qaçaqmalçılığına münbit şərait yaradır. 

İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının əsas vəzifəsinin bu nəhs fenomenlə mübarizədən ibarət olduğunu bildirərək deyib: BMT TŞ insan qaçaqmalçılığı və insandan su-istifadənin kökləri ilə mübarizə aparmazsa bu sahədə həyata keçirilən səylər nəticə verməyəcək. 

Xoşru deyib: Orta şərq və Şimali Afrikada böhran qeyri-qanuni silahlı qrupların, terrorçuların formalaşmasına, qanuni hökumətlərin zəifləməsinə gətirib çıxarıb və İŞİD kimi terrorçu və ifratçı qrupların fəaliyyəti üçün münbit şərait yaradıb. 

İİR-nın BMT-dəki daimi nümayəndəsi deyib: Bu problemlərin həlli yolu, ölkələrin suverinliyinə, mühacirlər və miqrantların hüquqlarına hörmətlə yanaşmaq və dini və etnik azlıqlara qarşı repressiyalara son qoymaq və əcnəbilərə qarşı hərəkətləri dayandırmaqdan ibarətdir.