Mart 24, 2017 18:35 Asia/Baku
  • Əmir Abdullahian: Suriya böhranının sionist rejimin təhlükəsizliyində kökü var
    Əmir Abdullahian: Suriya böhranının sionist rejimin təhlükəsizliyində kökü var

"Suriya müharibəsinin kökü sionist rejimin təhlükəsizliyini İslami Oyanış hədələrindən qorumaqdadır".

İran parlamenti informasiya agentliyinin məlumatına görə, bu sözləri İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian deyib. 

Ərəb baharı adı altında İslami Oyanışın yayındırılmasını qərbin məkrli planı adlandıran Əmir Abdullahianın sözlərinə görə, İslami Oyanışın yayındırılması oxunun ucu Dəməşqi nişana aldı. Çünki Suriyanın Yaxın Şərqdə sionist rejimin təhlükəsizlik tarazlığını pozan xüsusi yeri vardır. 

Əmir Abdullahian müqavimətin Cövlan yüksəkliklərindəki iştirakını müqavimət mehvərinin qüdrətinin artması nişanəsi adlandırıb: Təl-Əviv belə bir şəraitdə Suriyada daxili qarşıdurma və gərginliyə ehtiyaclı idi. Hazırda Suriyada baş verənlər sionist rejimin İslami Oyanış və İran əleyhinə əks mühəndisliyinin nəticəsidir. 

"Suriya müqavimət mehvərinin Qüdsü işğal etmiş rejim əleyhinə güclənməsində əsaslı rolu oynayıb. Suriya müqavimət cəbhəsinin təkfirçi və sionist terrorizmlə mübarizə meydanıdır" -deyə Əmir Abdullahian əlavə edib. 

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə sabiq müavini Suriya müharibəsinin şiddətləndirilməsi və regionda təkfirçi terrorizmin yaradılmasında Ərəbistanı tənqid atəşinə tutub: Suriyanın siyasi atmosferindən səudiyyəlilərin sui-istifadəsinin əksinə olaraq, İran heç vaxt Suriyada siyasi islahatın aparılmasını inkar etməmişdir. 

Əmir Abdullahian Ərəbistanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması ehtimalı haqda deyib: Səudiyyəlilər hələlik Tehranla diplomatik əlaqələrin qurumlasına inanmırlar və ilk öncə Ər-Riyad iki ölkə əlaqələrinin yenidən başlanması üçün ehtiyac hiss etməlidir. 

İran parlamenti sədrinin xüsusi köməkçisi bildirib: İran və Ərəbistan Yaxın Şərq və islam dünyasında böyük və təsiredici ölkədir və Tehran-Ər-Riyad əlaqələri stabilliyin Yaxın Şərqə qayıtmasında böyük paya malik ola bilər. 

Teqlər