Ayətullah Əraki: Bəhreyn rejiminin rəftarları bu rejimin məhvini sürətləndirir
-
Ayətullah Əraki: Bəhreyn rejiminini rəftarları bu rejimin məhvini sürətləndirir
İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi deyib ki, Bəhreyn rejiminin tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimə qarşı insanlığa zidd hərəkətləri bu rejimin məhvini sürətləndirir.
IRNA-nın məlumatına görə, İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki dünən müqəddəs Kərbəla şəhərində keçirilən Müsəlman Qadınların Ümumdünya Birliyinin təsisi konfransında müxbirlər qarşısında əlavə edib: Şeyx İsa Qasimə qarşı hər cür təzyiq Ali-Xəlifə rejiminin zəririnədir.
Ayətullah Əraki bildirib ki, İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyası bundan öncə Bəhreyn rejiminin bu ölkənin xalqına və din xadimlərinə, xüsusən Şeyx İsa Qasimə qarşı rəftarları barədə öz mövqeyini bildirmişdi. O, vurğulayıb ki, Bəhreyn rejimi bu ölkə xalqı ilə düzgün şəkildə və qanun əsasında anlaşmalıdır.
İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi həmçinin deyib: Şeyx İsa Qasim bir dini rəhbər və simvoldur və əgər Bəhreyn rejimi onun haqqında hörmətsizlik edərsə, bütün dünya bu dini simvolu müdafiə edəcəkdir.
Bəhreyn hadisələri 2016-cı ilin iyununda, Bəhreyn rejimi tərəfindən Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınmasından və onun ev dustağı edilməsindən sonra yeni mərhələyə daxil olubdur.
Bəhreyn 2011-ci ildən bu ölkə xalqının Bəhreyn rejiminə qarşı dinc etirazları səhnəsidir.