Mart 26, 2017 20:56 Asia/Baku
  • İran Yəmənə təcavüzə dərhal son qoyulmasını istədi
    İran Yəmənə təcavüzə dərhal son qoyulmasını istədi

İran Xarici İşlər Nazirliyi bir bəyanatda Səudiyyə Ərəbistanının Yəmənə açıq-aşkar təcavüzünü pisləyib və bu ölkədə müharibəyə dərhal son qoyulmasını istəyib.

İran Xarici İşlər Nazirliyinin Baş Media Diplomatiya İdarəsinin məlumatına görə, İran XİN bazar günü Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün ikinci ilində bir bəyanat verib: Yəmənin səhiyyə və təhsil mərkəzlərinin davamlı şəkildə bombalanması və infrastrukturlarının qəsdən məhv edilməsi region ölkələrindən heç birinin xeyrinə deyil, üstəlik bölgədə de-stabillik səbəb olub.

İran XİN əlavə edib: Yəməndə hakimiyyət boşluğu təhlükəli terrorizm fenomeninin güclənməsinə səbəb olub. Bu məsələ region və dünyanın sülh, stabillik və təhlükəsizliyini hədələyir.

İran Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, İran İslam Respublikası öz 4 maddəlik layihəsinə əsasən, müharibənin dərhal dayandırılması, humanitar yardımların göndərilməsi, ədalətsiz iqtisadi və insani mühasirəyə son qoyulması, diplomatik danışıqlara başlanılması və milli birlik hökumətinin təşkil olunmasını istəyir.

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından ABŞ və regionun bəzi ərəb ölkələrinin dəstəyi və istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəməni hücumlara məruz qoyur.

Bu hücumlarda indiyə qədər minlərlə sivil, o cümlədən uşaq və qadınlar həlak olub.

Teqlər