İŞİD-in gülünc təhdidinə reaksiya
-
İŞİD-in gülünc təhdidinə reaksiya
İranın quruluşun məsləhət şurasının katibi terrorçu İŞİD qrupunun İrana qarşı hazırladığı son video müraciətinə reaksiyada deyib: İŞİD İrana qarşı kiçicik təhdidlə cəzalandırılacaq.
Möhsün Rzayi dünən instagram səhifəsində yazıb: İraqın Mosul və Suriyanın Hələb vilayətlərindən qaçmaqda olan terrorçu İŞİD qrupu İran daxilində, yaxud İrandan kənarda İran mənafeyinə qarşı kiçicik təşəbbüs göstərərsə dünyanın hər bir yerində olursa olsun ən kəskin şəkildə cəzalandırılacaq.
Rzayi deyib: Terrorçu İŞİD-in başına gələləc bəla bu terrorçu qrupun Mosul və Hələbdəki məğlubiyyətindən daha ağır olacaq.
İraqın Mosul və Suriyanın Riqqə vilayətlərindəki ən əsas iki qərargahını itirməkdə olan terrorçu İŞİD qrupu fars dilində video yayaraq İranı terrorçu hərəkətlərlə hədələyib.
Səudiyyə Ərəbistanı, Amerika və İsrail Suriya və İraqda İŞİD terrorçularına dəstək verirlər.