İslam İnqilabının Keşikçiləri Korpusunun bəyanatı
-
İslam İnqilabının Keşikçiləri Korpusunun bəyanatı
İran islam inqilabı keşikçiləri korpusu, dünyada istilaçı və istilaya məruz qalanlar bölgüsünün dağıdılması, istiqlal və azadlığın təməlləşdirməsinin İran İslam Respublikasının nailiyyətləri sırasında olduğunu bildirib.
İran islam inqilabı keşikçiləri korpusu bu gün 12 fərvərdin ( 1 aprel) İran İslam Respublikası günü münasibəti ilə bir bəyanat yayaraq bildirib: İran İslam Respublikasının beynəlxalq səviyyədə nailiyyətləri sırasında İranın üstün regional mövqeyi, islami müqavimət və oyanışın formalaşmasına təsiri, digər xalqlarda super güclərlə qarşılaşmaq cürətinin yaradılması və hegemonçu və hegemoniyaya məruz qalanlar bölgüsünün dağıdılması xüsusi yer tutur.
İran islam inqilabı keşikçiləri korpusu demokratiya iddiasında olanların bu gün müxtəlif hökumətlərə qarşı ikili rəftarlarının tarixin qəribəliklərindən olduğunu bildirərək xatırladıb: Modern demokratiyanın yalançı iddiaçıları, öz qara piarlarında İranın dini demokratiyasını qeyri-demokratik qələmə verirlər amma digər tərəfdən qeyri-demokratik müstəbid və irsi rejimləri hegemonçuların siyasətlərinə tabe olduqlarına görə demokratiya simvolu kimi təqdim olunurlar.
Bəyanatda deyilir: Son onilliklərin tale yüklü hadisələri və islami oyanışın müqaviməti islam inqilabından, İran İslam Respublikasının fəaliyyətindən və vilayəti fəqihin islam ümməti üçün mövqeyindən təsir alır və vahid ümmət və yeni islam sivilizasiyası nişanələrini aşkarlayaraq qərbin istilaçı planlarını çətinliklərlə üz-üzə qoyur.
İran xalqı 38 il öncə 1358-ci hicri şəmsi ili fərvərdinin 12-də İslam Respublikasına referendumda geniş iştirak edərək bu siyasi quruluşa müsbət səs verdi və bu gün İran təqviminə İslam Respublikası günü kimi düşdü.