Mart 31, 2017 14:03 Asia/Baku
  • Tehranın müvəqqəti imamcüməsi: İran ehtimal olunan hər bir təhdidə qəti cavab verəcək
    Tehranın müvəqqəti imamcüməsi: İran ehtimal olunan hər bir təhdidə qəti cavab verəcək

Tehranın cümə namazı xitabətçisi deyib ki, İran hər bir təhdid qarşısında dayanıb və ehtimal olunan hər bir təcavüzə qətiyyətli, möhkəm və peşmanedici cavab verəcək.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində əlavə edib: İran İslam Respublikasının quruluşu və istiqlaliyyətinin təhdid olunmadığı zamanadək İran birbaşa qarşıdurmaya girməyəcək.

Ayətullah Xatəmi Qərbdə İranofobiya planının yenidən işə salınmasına toxunaraq, vurğulayıb: Qərbdə, eləcə də Yaxın Şərqdə və regiondakı bəzi ərəb ölkələrində İranofobiya, yeni bir mövzu deyil və onun səbəbi də İranda İslam və ədalətin hakimiyyətidir, zira bu prinsip onların mövcudluğunu təhlükəyə salıbdır.

Tehranın cümə namazı xitabətçisi Ərəbistanın Yəməndəki cinayətlərinə və bu ölkənin günahsız xalqını qırğın etməsinə toxunaraq, belə qeyd edib: Yəməndə bu qırğınların davam etməsinin səbəbi, amerikan və Avropa silahlarının Ərəbistana göndərilməsi və beynəlxalq təşkilatların susması olubdur ki, bu məsələ insan haqları himayədarlarının işinin daha da qara olmasına səbəb olubdur.

Ayətullah Xatəmi Amerikanın sabiq prezidenti Barak Obamanın İrana qarşı misli görünməmiş sanksiyaların tətbiqi barədəki sözlərinə də toxunub və belə deyib: Amerikanın sanksiyaları ilə mübarizənin ən təsirli yolu, İslam İnqilabının Böyük Rəhbərinin buyurduqlarına əsasən, iqtisadi hazırlıq və ya elə həmin müqavimət iqtisadiyyatı siyasətlərinin icrasıdır.

Tehranın müvəqqəti imamcüməsi həmçinin 12 fərvərdin, İslam Respublikası gününü İranda dini demokratiyanın təsbiti günü adlandırıb və belə deyib: İran xalqı 1979-cu il aprelin birində yalnız İslam Respublikasına səs və İranın respublikaçılığı və islamçılığına mahiyyət verdi.

Tehranın cümə namazı xitabətçisi xalqın 2017-ci il mayın 19-da keçiriləcək prezident, həmçinin şəhər və kənd islami şuraları seçkilərində geniş iştirakını da mühüm məsələ adlandırıbdır.

Teqlər