Apr 05, 2017 16:55 Asia/Baku
  • Şəmxani: Terrorizm ilə mübarizə beynəlxal ictimaiyyət üçün prioritet təşkil etməlidir
    Şəmxani: Terrorizm ilə mübarizə beynəlxal ictimaiyyət üçün prioritet təşkil etməlidir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Terrorçu qrupların günahsız mülkiyə qarşı törətdiyi cinayətlər göstərir ki, bu anti-bəşəri ünsür və onun ideoloji kökləri və himayədarları ilə mübarizə beynəlxalq ictimaiyyət üçün prioritet təşkil etməlidir.

İRİB-in verdiyi məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə ünvanladığı başsağlığı müraciətində Sankt Peterburq şəhərində metro stansiyasında törədilmiş terror aktını  pisləyərək terrorizm ilə mübarizədə Tehran-Moskva strateji əməkdaşlıqların gücləndirilməsini vurğulayıb. 

Şəmxani bildirib: Heç şübhəsiz ki, müvəffəqiyyətsizliyə uğramış kor terror aktları təkfirçi-terrorçularla mübarizənin ön cəbhəsində duran ölkələrin sarsılmaz iradəsinə xələl gətirməyəcək və terrorçulara qarşı daha sərt addımlarla nəticələnəcək.

Bazarertəsi günü Sankt Peterburq şəhərinin metro stansiyasında törədilən terrorçu partlayışda 14 nəfər ölüb 50 nəfər isə yaralanıb. 

Teqlər