Apr 05, 2017 20:56 Asia/Baku
  • Xorasan Rəzəvidə baş verən zəlzələdə yaralananların sayı artıb
    Xorasan Rəzəvidə baş verən zəlzələdə yaralananların sayı artıb

Məşhədin Tibb Universitetinin tibbi yardım xidmətinin direktoru deyib: Bu gün Rəzəvi Xorasanı ostanında 6 ball gücündə baş verən zəlzələdə yaralananların sayı 34 nəfərə çatıb.

Bu gün Rəzəvi Xorasanı ostanının bir neçə rayonunda 6 ball gücündə zəlzələ baş verib. Əsas zəlzələdən sonra 35 yeraltı təkan qeydə alınıb. 

Məşhəd Tibb Universitetinin tibbi yardım xidmətinin müdiri Rza Vəfayinejad İRNA-ya deyib: Hal-hazırda zəlzələ nəticəsində xəsarət alan 10 nəfər xəstəxanada saxlanılır, qalanları isə buraxılıblar. 

Rəzəvi Xorasanı ostanının Qırmızı Aypara Cəmiyyətinin direktoru Seyid Müctaba Əhmədi isə bu barədə deyib: Zəlzələ nəticəsində sadəcə bir nəfər həyatını itirib. 

Teqlər