Rusiya, İran və Suriyanın müştərək əməliyyat otağı ABŞ-a xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/İran-i265182-rusiya_İran_və_suriyanın_müştərək_əməliyyat_otağı_abŞ_a_xəbərdarlıq_etdi
İran, Rusiya və Suriyada müttəfiq qüvvələrin müştərək əməliyyat otağı bir bəyanat verib: Bu koalisiya hər bir tərəfin qırmızı xətlərdən keçən hər bir hücum və hər bir addımına reaksiya verəcək və ABŞ müqavimət mehvərinin potensialını çox yaxşı bilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2017 04:02 Asia/Baku
  • Rusiya, İran və Suriyanın müştərək əməliyyat otağı ABŞ-a xəbərdarlıq etdi
    Rusiya, İran və Suriyanın müştərək əməliyyat otağı ABŞ-a xəbərdarlıq etdi

İran, Rusiya və Suriyada müttəfiq qüvvələrin müştərək əməliyyat otağı bir bəyanat verib: Bu koalisiya hər bir tərəfin qırmızı xətlərdən keçən hər bir hücum və hər bir addımına reaksiya verəcək və ABŞ müqavimət mehvərinin potensialını çox yaxşı bilir.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, ABŞ-ın ötən cümə gecə Suriyanın Homs vilayətinin şərqində əl-Şəirat hərbi hava bazasına raket hücumu ardınca, Rusiya, İran və Suriya müştərək əməliyyat otağı bazar günü bir bəyanatda bildirib: Bu koalisiya ABŞ-ın Suriyanın şimal və şimal-qərbində reallaşdırmaq ardınca olduğu məsələdən xəbərsiz deyildir və ABŞ-ın bütün hərəkətlərini diqqətlə nəzarətdə saxlayacaq. 

Bu bəyanatda əlavə olunub: Tamamilə aydındır ki, Xan Şeyxunda baş verənlər bəzi ölkələr və bəzi təşkilatlar tərəfindən Suriyaya hücum məqsədilə uydurulmuş bəhanə idi. Terror qruplarını dəstəkləyənlər və İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terror qruplaşmalarını maliyyə cəhətindən təmin edənlərin özlərini insan haqları müdafiəçisi kimi nümayiş etdirməyə haqları çatmır. 

Bu bəyanatda qeyd olunub: Quldur ABŞ heç kim tərəfindən icazənin verilməsini gözləmədi və BMT-yə üzv ölkələrin hüququna hörmətlə yanaşmadı. Xan Şeyxun hadisəsindəki araşdırmanın nəticəsi müəyyənləşmədən öncə Suriyaya hücum etdi və utanmadan bu hücumu elan etdi. 

Müştərək Əməliyyat Otağının bəyanatında bildirilir: Regiona nəzarət üzrə amerikalıların səyi səbəb olur ki, qeyri-qanuni şəkildə bir ölkəni işğal etmək istəyən işğalçı qüvvəyə çevrilsin. 

ABŞ Suriyanın İdlib vilayətində ötən çərşənbə axşamı günü şübhəli kimyəvi hücum bəhanəsi ilə, cümə gecə Aralıq dənizindəki iki hərbi gəmisindən Homsda əl-Şəirat hərbi hava bazasına 59 ədəd raket atıb.