İranda sakit, sağlam, qanuni və əzəmətli bir seçkilərə hazırlıqlar başlandı
İranın daxili işlər naziri Konstitusiyanın icrasına nəzarət edən Negəhban Şurası və İslam Şurası Məclisi tərəfindən sakit, sağlam, qanuni və əzəmətli bir seçkilər üçün hazırlıq işlərinin həyata keçirilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Əbdürrıza Rəhmani Fəzli bu gün 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesinin ilk dəqiqələrində Seçki Qərargahında olaraq, deyib: İran xalqı 19 May seçkilərində bir daha böyük bir qəhrəmanlığa imza atmış olacaq.
12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınmasına bu gün səhər daxili işlər nazirinin göstərişi əsasında Seçki Qərargahında start verilib.
12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi 11 Aprel tarixindən 15 Aprelə kimi 5 gün müddətinə səhər saat 8-dən 18-ə kimi davam edəcək.
İranda 12-ci prezident seçkiləri Şəhər və Kənd İslam Şuralarına 5-ci çağırış seçkiləri ilə bir vaxtda 19 may tarixində keçiriləcək.