AB İrana qarşı bəzi sanksiyaların müddətini uzatdı
Avropa Birliyi İran İslam Respublikasına qarşı insan haqları sanksiyalarının müddətinin daha bir il üçün uzadılmasından xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, İngiltərə mediaları bildiriblər ki, AB-nin İrana qarşı sanksiyaları rabitə vasitələrinə nəzarət üçün olan təchizatları əhatə edir.
Bu sanksiyalara əsasən İranın 80 həqiqi və hüququ şəxsinin hesabları da dondurulacaq. Hesabları dondurulacaq həqiqi və hüquqi şəxslərin adları çərşənbə günü açıqlanacaq.
AB davamlı olaraq insan haqları məsələsindən öz siyasi məqsədlərinə çatmaq üçün bir vasitə olaraq istifadə edir.
İran İslam Respublikası daim insan haqları məsələsindən bir vasitə olraq istifadə edilməsinə qarşı çıxaraq, bunu bir növ ölkələrin daxili işlərinə müdaxilə hesab edir.
AB İranda insan haqlarının pozulduğunu iddia etsə də, Avropa ölkələrində mühacirlər və azlıqların hüquqları kobud şəkildə və iri miqyasda pozulmaqdadır və irqçilik Avropa ölkələrini xüsusi ilə də İngiltərə və Fransanı bürüməkdədir.