İranda prezident seçkilərində iştirak etmək üçün 130 nəfər namizədliyini irəli sürüb\ İlk gündə
https://azeri.sahartv.ir/news/İran-i265422-İranda_prezident_seçkilərində_iştirak_etmək_üçün_130_nəfər_namizədliyini_irəli_sürüb_İlk_gündə
İranın Seçki Qərargahının katibi adların qeydiyyata alınmasının ilk günündə 130 nəfərin prezident seçkilərində iştirak üçün öz namizədliyini irəli sürməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2017 04:20 Asia/Baku
  • İranda prezident seçkilərində iştirak etmək üçün 130 nəfər namizədliyini irəli sürüb\ İlk gündə
    İranda prezident seçkilərində iştirak etmək üçün 130 nəfər namizədliyini irəli sürüb\ İlk gündə

İranın Seçki Qərargahının katibi adların qeydiyyata alınmasının ilk günündə 130 nəfərin prezident seçkilərində iştirak üçün öz namizədliyini irəli sürməsindən xəbər verib.

Əli Purəli Mütləq namizədliyini irəli sürən 130 nəfərdən 6-nın qadın olduğunu bildirib. 

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınmasına çərşənbə axşamı günü səhər daxili işlər nazirinin göstərişi ilə start verilib. Namizədlərin adlarının qeydiyyata alınması çərşənbə axşamına kimi davam edəcək.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci çağırış seçkiləri ilə bir vaxtda 19 may 2017-ci il tarixində keçiriləcək.